Mövzu 7: Səyahət motivlərinin alternativ nəzəriyyələri
Across
- 5. Beard və Raghebin təsnifatında dostluq qurmaq və başqalarının hörmətini qazanmaq ehtiyacı hansı motivlərə daxildir?
- 7. Beard və Raghebin şkalasında öyrənmə, kəşf etmə və xəyal qurmaq kimi zehni fəaliyyətləri əhatə edən motivlər necə adlanır?
- 11. Moutinhonun sosial təsir istiqamətləri siyahısında mədəniyyətlə yanaş qeyd olunan digər anlayış necө adlanır?
- 14. McIntosh və Goeldner təsnifatında din, incəsənət, musiqi və qida ənənələri haqqında bilik qazanmaq arzusu necə adlanır?
- 15. Münasibətləri möhkəmləndirmək və yeni insanlarla tanış olmaq istəyini əhatə edən McIntosh və Goeldner motivləri necə adlandırılır?
- 18. Leiperin qeyd etdiyi əyləncə və istirahət funksiyalarından biri olub, fiziki və ya zehni yorğunluqdan azad olmağı bildirən anlayış necə adlanır?
- 19. Fodnessin müəyyən etdiyi beş funksional motivdən biri olub əyləncə ilə bağlı fəaliyyətlərdə iştirak etmək istəyini əhatə edən motiv necə adlanır?
Down
- 1. Hill və başqalarının tədqiqatında gündəlik mühitdən uzaqlaşma ilə yanaşı, mərhələlər üzrə müəyyən dərəcədə əhəmiyyətli olan motivlərdən biri də necə adlanır?
- 2. Krippendorfun təhlilinə görə səyahətin mənbəyi olan əsas motivlərdən biri də insanın daxili gücünü bərpa etməsi, yəni nə olmasıdır?
- 3. Fodnessin funksional yanaşmasına əsaslanan şkalasında dünya haqqında məlumat əldə etməklə bağlı olan motiv necə adlandırılır?
- 4. Moutinhonun səyahət qərarlarına təsir göstərən amillər arasında qeyd etdiyi xüsusi qruplar necə adlandırılır?
- 6. Sosial münasibətlərdən uzaqlaşmaq, təklik və sakit şərait axtarmaq istəklərini əhatə edən Beard və Ragheb motivləri stimullardan hansı adla verilir?
- 8. Wilkinin yanaşmasında məhsuldan istifadə edib-etməmək qərarı ilə bağlı olan motivlər necə adlandırılır?
- 9. Leiperin əyləncə və istirahətinfunksiyaları sırasında gərginlikdən uzaqlaşmağı ifadə edən anlayış necə adlandırılır?
- 10. McIntosh və Goeldner təsnifatına görə iş, təhsil məqsədli səfərləri və konqreslərdə iştirakı əhatə edən motivlər necə adlanır?
- 11. Moutinhonun sosial təsiri araşdırdığı dörd əsas istiqamətdən biri də sosial hansı qrup və təbəqələrdir?
- 12. Leiperə görə sıxıntıdan və darıxmaq hissindən qurtulmağa xidmət edən istirahət funksiyası necə adlanır?
- 13. Uğur qazanmaq, çətinliklərin öhdəsindən gəlmək və rəqabət aparmaq istəklərini əhatə edən Beard və Ragheb motivləri necə adlanır?
- 16. Krippendorfun səyahət motivləri siyahısında bədənin fiziki vəziyyətinin yaxşılaşdırılması ilə bağlı olan bənd necə adlanır?
- 17. Moutinhonun sosial təsir istiqamətlərindən biri olub ailə daxilindəki vəzifələrlə əlaqədar olan anlayış necə adlanır?